Dünya

Türkiyə parlamenti Qazaxıstanda iğtişaşlar zamanı zorakılığı pisləyib

12 Yanvar 2022 22:55
0 Şərh     Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Böyük Millət Məclisi (parlament) Qazaxıstanla bağlı bəyannamə qəbul edib.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bəyannamədə Qazaxıstanda baş verən iğtişaşlar zamanı zorakılıq aktları pislənilir.

Sənəddə vurğulanır ki, Ankara bu ölkədə sabitliyin bərqərar olması üçün hər cür yardımı göstərməyə davam edəcək.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.