Dünya

Ötən il Almaniyada rekord ölüm səviyyəsi qeydə alınıb

12 Yanvar 2022 23:00
0 Şərh     Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada 2021-ci ildə 1 016 899 ölüm halı qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Destatis federal statistika idarəsi tərəfindən yayılıb.

Məlumata görə, bu, 1 001 600 ölüm halının qeydə alındığı 1946-cı ildən bəri ən yüksək göstəricidir. Əgər 1946-cı ildə ölümün yüksək səviyyəsi ağır həyat şəraiti ilə izah olunurdusa, hazırda əhalinin yaşlanması və koronavirus pandemiyasının fəsadları səbəb kimi göstərilir.

Bildirilir ki, pandemiya ölümlərin miqdarını 3 faiz artırıb. Worldometer saytının son məlumatına əsasən, COVID-19 pandemiyasının başlanğıcından bəri AFR-də koronavirusdan 114 887 nəfər həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.