Dünya

ABŞ NATO-ya yeni üzvlərin qəbulu ilə bağlı məhdudiyyətə razı deyil

10 Yanvar 2022 23:50
0 Şərh     Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ NATO-ya yeni üzvlərin qəbulu ilə bağlı məhdudiyyət tətbiq edilməsinə razı deyil.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ-ın Dövlət katibinin müavini Uendi Şerman ABŞ-Rusiya məsləhətləşmələrinin yekununa həsr edilmiş mətbuat konfransında deyib.

Qazaxıstanda iğtişaşlar zamanı saxlanılanların sayı 6 minə yaxınlaşıb
Rusiya və Türkiyə diplomatları Astanada Suriya məsələsini müzakirə edib
Rusiyada monastırda partlayışda 8 nəfər yaralanıb
"Biz təhlükəsizliyə zəmanət məsələsində israrlı olduq. Biz heç zaman alyans üçün vacib olan NATO-nun açıq qapı siyasətinə son verilməsi ilə razılaşa bilmərik. Biz, ABŞ-la işləmək istəyən suveren dövlətlərlə ikitərəfli əməkdaşlıqdan imtina edə bilmərik", deyə - Şerman bildirib.

Diplomatın sözlərinə görə, Cenevrədəki danışıqlarda Avropadakı hərbi təlimlər də müzakirə olunub. Rusiya v ə ABŞ Avropadakı təlimlərin miqyasına məhdudiyyət qoyulması və bu sahədə şəffaflığın artırılması qənaətinə gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.