Dünya

Avropadakı hərbçilərin sayını azaltmayacağıq - Pentaqon

9 Yanvar 2022 15:07
0 Şərh     Baxış: 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Avropadakı qoşunlarının sayının azaldılması məsələsini nəzərdən keçirmir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi tviter səhifəsində yazıb.

O, qeyd edib ki, ABŞ bu məsələ ilə bağlı mövqeyini dəyişməyəcək.

Bundan əvvəl NBC televiziya şirkəti məlumat vermişdi ki, ABŞ və Rusiya arasında Avropada təhlükəsizlik məsələlərinə dair müzakirələr Şərqi Avropada qüvvələrin sayının və təlimlərin azaldılması mövzusunu əhatə edə bilər. Bu məlumatı artıq ABŞ Dövlət Departamentinin bir neçə nümayəndəsi təkzib edib.

Yanvarın 10-da Cenevrədə Rusiya ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqların aparılması planlaşdırılır. Bundan əlavə, yanvarın 12-də Rusiya-NATO Şurasının iclası, yanvarın 13-də isə Rusiya Federasiyası ilə ATƏT nümayəndələri arasında danışıqlar baş tutacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.