Dünya

Nur-Sultan aeroportu fəaliyyətini bərpa edib

8 Yanvar 2022 08:26
0 Şərh     Baxış: 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanda Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.

Milli.Az "Report"a istinadən bildirir ki, hava limanının girişində hərbi keçid məntəqəsi yaradılıb, lakin daxil olan avtomobillərdə axtarış aparılmır. Hava limanının girişində vətəndaşlardan aviabilet və ya xidməti vəsiqələrini təqdim etmələri xahiş olunur.

Vətəndaşların yoxlanılması hərtərəfli, lakin tez bir zamanda aparılır. Aeroportda polis əməkdaşlarından başqa bir neçə hərbçi və kinologlar da var. Nur-Sultana uçuşlar olmadığı üçün gəliş zalı işləmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.