Dünya

Rəsmi Moskvadan Qazaxıstandakı hadisələrlə bağlı açıqlama

5 Yanvar 2022 13:18
0 Şərh     Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Moskva Qazaxıstandakı vəziyyəti diqqətlə izləyir".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, Qazaxıstanda etiraz aksiyaları zamanı xəsarət alanlar arasında Rusiya vətəndaşlarının olması barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilir. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.