Dünya

Türkiyə nüvə silahı hazırlayır? - Yunanlar təşvişdə

5 Yanvar 2022 17:12
0 Şərh     Baxış: 1 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin gizli hərbi proqramları var və hər hansı kənar təhlükəni aradan qaldıran yeni imkanları inkişaf etdirir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın "Defens Point" nəşri məlumat yayıb.

Məqalədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirin "Açıq deyə bilərəm ki, rəqib kim olursa olsun, təəccübləndirəcək silahlarımız olacaq. Görməli çox işimiz, çox uzun yolumuz var, amma Türkiyəni asan qurban kimi görən hər kəs peşman olacaq" açıqlaması ekspertlər tərəfindən Türkiyənin gizli silah və müdafiə proqramları həyata keçirdiyi kimi şərh edilib.

"İsmayıl Dəmirin açıqlamaları, çox güman ki, Türkiyənin müharibə vəziyyətində istifadə edə biləcəyi raket sistemləri ilə bağlıdır. Bununla belə, Türkiyənin nüvə silahı da daxil olmaqla, kütləvi qırğın silahlarının olub-olmadığı sualı da yaranır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.