Dünya

İsti hava dağ-xizək kurortlarının işini məhdudlaşdırıb

5 Yanvar 2022 21:40
0 Şərh     Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qar hanı? İndi Çexiyanın dağ-xizək kurortlarına gələn turistlərin çoxu bu suala cavab axtarır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzi Avropada havaların ilin bu vaxtı üçün görünməmiş dərəcədə isti keçməsi məzuniyyətə gələnlərin çoxunun planlarını pozub. Xizək idmanını xoşlayan turistlərin axını zəifləyib, çünki Çexiya dağlarında hava istiləşdiyi üçün dağdan enmək və sürətlə xizək sürmə yarışlarının həvəskarları üçün əlverişsiz şərait yaranıb. Otel sahibləri zərərə düşüb, turistlər isə turların ləğv edilməsinə görə dilxordurlar.

Dağ-xizək kurortlarının çoxu işlərini məhdudlaşdırmağa məcbur olub, bəzi hallarda isə bir sıra trasları bağlamaq lazım gəlib. Rudnıye qorıdakı "Klin" və "Tellnetse", habelə Yizerskiye qorıdakı "Rokitnitse" mərkəzləri tamamilə bağlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.