Dünya

Fransada sutkalıq yoluxma göstəricisi 300 minə çatıb

4 Yanvar 2022 21:24
0 Şərh     Baxış: 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada sutkalıq yoluxma göstəricisi 300 min nəfərə yaxınlaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Fransanın səhiyyə naziri Oliviye Veran parlamentdə çıxışı zamanı deyib. Lakin nazir konkret rəqəm göstərməyib.
Yoluxmalardakı sıçrayışla artımı koronavirusun Omikron variantı ilə izah edən nazir bildirib ki, ağır xəstələrin əksəriyyəti peyvənd olunmayanlardır. Reanimasiyadakı hər 20 xəstədən yalnız biri tam vaksinasiya keçmiş şəxslərdir.

"Figaro"nun məlumatına görə, ölkədəki xəstəxanaların yüklənməsi ilə bağlı dəqiq məlumat yoxdur. Tibb müəssisələrinə gündə orta hesabla 2000 koronavirus xəstəsi daxil olur. Son 4 gündə aparılmış testlərin 15%-i müsbət nəticə verib ki, bu da pandemiya dövründə ən yüksək göstəricidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.