Dünya

Rusiyalı jurnalist pəncərədən düşərək ölüb

28 Dekabr 2021 08:48
0 Şərh     Baxış: 767
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Moskvada jurnalist, Sputnik və Poqrom" saytının yaradıcısı Yeqor Prosvirnin  pəncərədən düşərək dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, 35 yaşlı jurnalist hadisə baş verən zaman narkotikin təsirində olub. İstintaq Yeqorun ölümü ilə bağlı iki versiya üzərində çalışır: intihar və ya bədbəxt hadisə. Qonşularının dediyinə görə, jurnalist ölümündən əvvəl pəncərədən yerə bıçaq və bibər qazı atıb.

Hadisə baş verən zaman Prosvirnin kirayədə qaldığı mənzildə tək olub. İlkin ekspertiza məlumatları göstərib ki, mərhumun bədənində hər hansı zədə aşkar edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.