Dünya

“NATO heç zaman genişlənməməyə söz verməyib” - Stoltenberq

23 Dekabr 2021 22:11
0 Şərh     Baxış: 459
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"NATO heç zaman genişlənməməyə söz verməyib. Bu da beynəlxalq müqavilələrdən irəli gəlir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu DPA agentliyinə müsahibəsi zamanı NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"NATO heç bir vaxt genişlənməyəcəyini bəyan etməyib. Hətta təşkilatın təsis müqaviləsində belə, göstərilib ki, hər bir Avropa dövləti təşkilata üzv ola bilər. Digər tərəfdən, 1970-1990-cı illərin sənədləri - Helsinki Yekun Aktı, Paris xartiyası, Rusiya-NATO aktı və digər sənədlərdən məlum olur ki, bütün dövlətlər öz müqəddəratını sərbəst təyin edə bilər. Bu, Avropanın təhlükəsizliyin təməl prinsipidir və Rusiya da sənədi imzalayıb. Biz bunları bir neçə sitatla dəyişə bilmərik. Digər tərəfdən, SSRİ-nin sonuncu prezidenti M. Qorbaçov bildirmişdi ki, NATO-nu n Şərqə doğru genişlənməsi Almaniyanın birləşməsindən əvvəl başlayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.