Dünya

Madaqaskar sahillərində gəminin batması nəticəsində 17 nəfər ölüb

20 Dekabr 2021 23:25
0 Şərh     Baxış: 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Madaqaskar sahillərində gəminin batması nəticəsində azı 17 nəfər ölüb, 60-a yaxın sərnişin itkin düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli Dəniz və çay məsamələri İdarəsi məlumat yayıb.

Bildiriblər ki, sərnişin daşımaq üçün lisenziyası olmayan taxta gəminin əvvəlcə mühərriki sıradan çıxıb.

İlkin məlumatlara görə, sonra idarəetməni itirən gəmi rifə çırpılıb.

İdarənin baş direktoru Jan Edmond Randrianantenayn bildirib ki, gəmidə 130 sərnişin olub, onlardan 45-i xilas edilib.

Axtarış əməliyyatları davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.