Dünya

Argentinada kütləvi tədbirlərlə bağlı yeni qadağa

14 Dekabr 2021 07:45
0 Şərh     Baxış: 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yoluxmalar kəskin artdığı üçün Argentinada kütləvi tədbirlərlə bağlı yeni məhdudiyyət tətbiq edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu tip tədbirlər yalnız tam vaksinasiya kursu keçmiş şəxslər üçün açıq olacaq. Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Yanvarın 1-dən etibarən epidemioloji riski daha yüksək olan sahələrdə 13 yaşdan yuxarı hər kəsdən tam vaksinasiyaya dair sertifikat tələb olunacaq. Məhdudiyyətlər 1000-dən çox insanın iştirakı ilə keçirilən kütləvi tədbirlər, diskoteka və qrup halında turist səfərlərinə şamil edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.