Dünya

Hava limanında daşınma zamanı 2 şir qəfəsindən çıxıb

12 Dekabr 2021 23:39
0 Şərh     Baxış: 1 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sinqapurun "Çanqi" hava limanında yüklərin daşınması zamanı 2 şir qəfəslərindən çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Straits Times" Sinqapur Hava Yollarının nümayəndəsinə istinadən məlumat yayıb.

Dərhal əraziyə baytar həkimlər və mütəxəssislər cəlb olunub. Hadisə yerinə gələn baytarlar heyvanlara yuxu dərmanı vurublar. Bundan sonra şirləri yerli "Mandai Wildlife Group" şirkətinin filialına aparıblar.

Sinqapur Hava Yolları cəmi 7 şirin daşındığını bildirsə də, onların hansı ünvana çatdırılacağının dəqiqləşdirilmədiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.