ABŞ-ın Dövlət katibinin Avropa və Asiya üzrə köməkçisi Karen Donfrid 13-15 dekabr tarixlərində Moskva və Kiyevə səfər edəcək.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.
Məlumatda deyilir: "Donfrid 13-15 dekabr tarixlərində Ukrayna və Rusiyaya səfər edərək dövlət adamları ilə görüşəcək. Görüşlərdə Rusiyanın hərbi potensialını artırması və Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə münasibətdə ABŞ-ın səylərini artırması müzakirə ediləcək. Dövlət katibinin köməkçisi bildirir ki, Minsk razılaşmasına əməl edilməklə Donbasdakı münaqişənin həlli üçün diplomatik irəliləyişə nail olmaq mümkündür".
Kiyev və Moskvadakı görüşlərin ardınca Karen Donfrd 15-16 dekabr tarixlərində NATO və onun Avropadakı tərəfdaşları ilə məsləhətləşmələr aparmaq üçün Brüsselə yola düşəcək.
Milli.Az