Dünya

Boris Conson istefaya göndərilə bilər

11 Dekabr 2021 08:54
0 Şərh     Baxış: 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada hökumət üzvlərinin və Mühafizəkarlar Partiyasının rəhbərliyinin pandemiya zamanı ziyafətlərə ev sahibliyi etməsi faktı araşdırılır.

Milli.Az "Report"a istinadən bildirir ki, Leyboristlər Partiyası şayiələr doğru olacağı təqdirdə, Boris Consonu istefaya çağırıb.

Boris Conson 2020-ci ilin noyabr və dekabr aylarında pandemiyanın ikinci dalğasının ortasında "Downing Street"də ziyafətin olmadığına arxayın olduğunu, lakin belə faktlar üzə çıxarsa, təşkilatçıların məsuliyyətə cəlb ediləcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl mətbuat Böyük Britaniya parlamentində kokain izlərinin tapıldığı barədə məlumat yayıb. Dərmanın qalıqları sınaqdan keçirilən yerlərin 90%-də, o cümlədən Baş nazir Boris Consonun ofisinin yanındakı tualetlərdə tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.