Dünya

Zamanın Yerdən fərqli hərəkət etdiyi planet kəşf edildi – 1 il 8 saatdır

5 Dekabr 2021 19:13
1 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Aerokosmik Mərkəzinin Planet Tədqiqatları İnstitutunun astronomları yeni planet kəşf ediblər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, GJ 367 b adlı planetdə müşahidələrini davam etdirən alimlər burada 1 ilin cəmi 8 saat davam etdiyini açıqlayıblar.

Planet Yerdən çox kiçikdir və ulduzuna o qədər yaxındır ki, öz orbiti ətrafındakı dövrəsini 8 saata tamamlayır. Beləliklə, GJ 367 b adlanan bu planetə öz dövrəsini başa vurmaq üçün 1 ilə sadəcə 8 saat vaxt lazımdır.

GJ 367 b-nin Yerin kütləsinin yarısı qədər, Marsdan bir qədər böyük olduğu üzə çıxıb. Bu, onun indiyə qədər kəşf edilmiş əksər ekzoplanetlərdən daha kiçik olduğunu göstərir. Planetin səthinin bərk olduğu da diqqətə çatdırılıb.

Yerlə oxşar cəhətləri olsa da, burada həyat mümkün deyil. Çünki bu planetdə səthin temperaturu dəmiri demək olar ki, buxarlandıracaq qədər yüksəkdir. Planetin ulduzu günəşdən daha kiçik və soyuqdur, lakin aralarındakı məsafə çox qısa olduğu üçün planetin temperaturu 2700 dərəcə fahrenheytə (1482 selsi) qədər çata bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.