Dünya

Koronavirusun bütün ştammlarını zərərsizləşdirən anticism tapıldı

2 Dekabr 2021 16:30
0 Şərh     Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir qrup çinli alim SARS-CoV-2 koronavirusunun bütün ştammlarını neytrallaşdırmağa qadir olan 35B5 monoklonal anticisiminin kəşfi ilə bağlı məlumat verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, anticisim "omikron" ştammına qarşı da effektivdir.

Anticisim koronavirusu ağır keçirən insanların qan nümunələrinin genişmiqyaslı tədqiqi zamanı aşkar edilib.

Alimlər müəyyən ediblər ki, 35B5 anticisimi koronavirusun mutasiyalar zamanı demək olar ki, dəyişməyən S-zülalına yapışır. Onun strukturu COVID-in bütün növlərinə eyni dərəcədə təsir göstərməyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.