Dünya

Özbəkistan sürücülük vəsiqəsi "sərbəstliyi" olacaq

1 Dekabr 2021 21:04
0 Şərh     Baxış: 1 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistanında inzibati məcəllədə sürücülərin telefondan qulaqcıq vasitəsilə istifadə etməsinə, həmçinin sürücülük vəsiqəsini və avtomobilin texniki pasportunu özləri ilə gəzdirməməsinə icazə verən dəyişikliklər qəbul olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq dəyişikliklərin bir hissəsi dekabrın 1-dən, digər hissəsi isə gələn il martın 1-dən qüvvəyə minəcək.

Artıq avtomobil salonunun ön hissəsində monitor quraşdırmağa görə cərimə ləğv edilib. Lakin avtomobil sürərkən monitorda videoya baxmağa görə 25 dollarlıq cərimə qüvvədə qalıb. Həmçinin dekabrın 1-dən etibarən sürücülər telefondan qulaqcıq vasitəsilə istifadə edə biləcəklər.

2022-ci il martın 1-dən biometrik pasportu və ya ID vəsiqəsi olan sürücülərin özləri ilə sürücülük vəsiqəsini və avtomobilin texniki pasportunu gəzdirməsinə ehtiyac qalmayacaq. Burada Özbəkistanın Daxili İşlər Nazirliyi və ya konsulluq idarələri tərəfindən verilən sənədlərdən söhbət gedir.

Qəbul olunan dəyişikliklər xarici nömrə nişanlı avtomobillərə və Özbəkistandan kənarda sürücülük vəsiqəsi alan şəxslərə şamil edilmir. Onlardan avtomobil idarə edərkən sürücülük vəsiqəsi və texniki pasport təqdim etmələri tələb olunacaq.

Qeyd edək ki, Özbəkistan Parlamentinin aşağı palatasının oktyabrda, senatın isə noyabrda təsdiqlədiyi düzəlişlər Prezident Şavkat Mirziyoyev tərəfindən imzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.