Hava

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

20 Oktyabr 2019 12:24
35 Şərh     Baxış: 5 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu. əsasən yağmursuz olacaq.

Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 15-19° isti, gündüz  20-24° isti təşkil edəcək.

Bakıda gecə 15-17° isti, gündüz  21-23°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.  

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə  yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər ayrı-ayrı yerlərdə  duman.  Şərq  küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz  13-18° isti təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.