Hava

Nazirlik qış fəsli ilə bağlı açıqlama verdi

27 Sentyabr 2017 11:28
4 Şərh     Baxış: 9 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

Milli.Az-ın məlumatına görə, Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova report-a açıqlamasında deyib ki, qış fəsli haqqında proqnozun verilməsi hələ tezdir: "Fəsillik proqnozları Proqnozlar bürosu verir. Qış fəslinin necə keçəcəyi ilə bağlı indidən məlumat vermək doğru deyil. Qış fəsli ilə bağlı fəsillik proqnoz isə dekabr ayının əvvəlində ictimaiyyətə təqdim olunacaq".

G.Məmmədovanın sözlərinə görə, hazırda payız fəsli ilə bağlı fəsillik proqnoz vermək mümkündür.

Qeyd edək ki, dünən KİV-lərdə bu il Azərbaycanda qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlar yayılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.