Bakıya qar yağacaq? - 3 gün ərzində...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanvarın 10-da məşhur hava proqnozu platforması olan "Windy.com" saytına istinadla Bakıya qar yağacağı barədə proqnozlar tirajlanıb.
Milli.Az xəbər verir ki, həmin məlumatda yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar yağacağı, temperaturun kəskin enəcəyi bildirilirdi. Artıq 2 gündür Bakıda günəşli, dəyişkən buludlu lakin yağıntısız hava şəraiti müşahidə olunur.
Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq
Mövzu ilə bağlı Ölkə.Az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib ki, uzunmüddətli hava poqnozları etibarlı olmur. O, hava proqnozlarının dəqiqlik ehtimalından da danışıb:
"Təəssüf ki, insanlarımız Bakıya qar yağacağı ilə məlumatın mənbəyini araşdırmadan təşvişə düşmüşdü.
Biz Milli Hidrometeorologiya Xidməti olaraq əsasən sutkalıq, 3 sutkalıq proqnozları tərtib edirik. Çünki bu məlumatların etibarlılığı daha yüksəkdir. Biz növbəti 3 gün ərzində yağış və ya qar olacağını, temperatur rejiminin necə dəyişəcəyini 90%-ə qədər ehtimalla deyə bilirik. Bu məlumatlar daha etibarlıdır, nəinki aylıq, fəsillik, daha uzunmüddətli proqnozlar.
Hava məlumatları ilə bağlı saytlar vətəndaşların qarşısına çox çıxır. Həmin saytlar özləri də qeyd edir ki, məlumatlar gündə bir neçə dəfə yenilənir, dəqiqləşmə aparılır. Düşünürəm ki, "windy.com"dakı hava məlumatının şərhi düzgün olmayıb. Çünki həmin sayt məlumatları heç vaxt bu şəkildə yayımlamır".
Qurum rəsmisi açıqlamasında yanvar və fevral ayları ilə bağlı əvvəlcədən verilən ümumi proqnozları da xatırladıb:
"Ötən ilin dekabr ayında rəsmi açıqlama vermişdik ki, respublikamızda yanvar-fevral aylarında havanın temperaturu iqlim normasına yaxın, bəzi ərazilərdə hətta az olacağı gözlənilir. Ölkəmizin iqlim xarakterisitikasına uyğun olaraq yanvar-fevral ayları qışın daha sərt keçdiyi dövrlərdir. Amma havanın bəzi günlərdə şaxtalı, qarlı keçməsi də istisna olunmurdu. Bu, artıq özünü doğruldur. Bölgələrimizdə, dağlıq, dağətəyi ərazilərimizdə gecə saatlarında -20 dərəcəyədək şaxtalı günlər qeydə alınıb.
Amma yaxın 3 gün ərzində Bakıya qar yağacağı ilə bağlı gözləntimiz yoxdur. Artıq ayın 21-dir, temperatur iqlim normasına çox yaxındır. Havanın temperaturunun enməsi gözlənilmir. Qarın yağması üçün temperatur aşağı düşməlidir ki, gözlənilən yağıntının qara keçmə ehtimalı olsun".
G.Abbasova respublikada yaxın 3 gün ərzində gözlənilən hava şəraiti ilə bağlı da məlumat verib:
Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Cənub-şərq küləyi 5-10 m/s. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.
Yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi 8-13 m/s, gündüz arabir 15-18 m/s, temperatur gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.
Yanvarın 24-də isə hava şəraiti əyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-qərb küləyi 8-13 m/s, gündüz şimal-qərb küləyi 5-10 m/s, temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 22-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var.
Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi 5-10 m/s, arabir 15 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.
Yanvarın 23-24-də isə bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. 23-ü axşam tədricən kəsiləcək, 24-də əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi 5-10 m/s, 23-də bəzi şərq rayonlarında arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq". /Yenisabah.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sinoptiklərdən xəbərdarlıq: İyunun 25-də intensiv yağış və dolu gözlənilir
-
Bakıda və rayonlarda hava kəskin dəyişir: Şimşək çaxacaq, dolu düşəcək
-
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - Proqnoz
-
Qazaxa dolu yağdı (Video)
-
Bazar günü 36 dərəcə isti olacaq - Proqnoz
-
Havanın temperaturu 39 dərəcəyə çatacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Xaricdən şəxsi istifadə adı ilə mal gətirib satanlara xəbərdarlıq
-
Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi
-
Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm
-
Gilasları daha yaxından araşdırdılar: Bizi loqo ilə aldadırlarmış
-
Mərakeş millisindən yeni rekord
-
3 uşaq anası ağır sənəti seçdi, indi yüksək gəlir əldə edir: Magdanın uğur hekayəsi (Foto)
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
Günün qoroskopu: Gözlənilməz xərclər çıxa bilər
-
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
-
Kanada “Avroviziya”da iştirak hüququ qazandı
-
Ən çox dişlənən qan qrupu: Ağcaqanadlar sizi niyə seçir?
-
Şahin Bağırovdan avtomobil idxalı ilə bağlı yeni açıqlama: İmtiyazlar bərpa olunacaq?
-
Abbasqulu ağa Bakıxanov küçəsində hərəkət məhdudlaşdırılacaq
-
"Qalatasaray"dan Can Uzun üçün 40 milyon avroluq təklif
-
Bakıda nəvəsi imtahandan az bal yığdı, acığını gəlinindən çıxdı
-
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
-
Kiftəli badımcan əzməsi
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
-
İnək əti ilə dana əti arasındakı fərqi anlamağın 4 asan yolu
-
Venesuelada güclü zəlzələ: 188 ölü, 1600-ə yaxın yaralı - Yenilənib - (Video)
-
Azərbaycandan Ermənistana 18 vaqon benzin, 8 vaqon dizel yanacağı göndəriləcək
-
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
-
Patrik Şik uğursuz çıxışdan sonra millini tərk etdi
-
Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib





