Hava

Bu rayonlara qar yağdı

22 Mart 2024 10:44
Baxış: 1 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 38 sm, Qrızda 11 sm olub.

Düşən yağıntının miqdarı Astarada 10 mm, Lənkəranda 7 mm, Oğuzda 5 mm, Qobustan, Qəbələ, Ordubad, Göyçay, Zərdab, Şəki, Qusar, Tərtər, Yevlax, Göygöl, Naftalan, Tovuz, Ağstafa, Balakən, İmişli, Kürdəmir, Göytəpə, Sabirabad, Yardımlı, Şahbuz, Şərurda 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Balakən, Zaqatala, Şəki, Qax, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Göyçay, Beyləqan, Lerik, Sumqayıtda duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3-6, Naxçıvan MR-da 7, Aran rayonlarında 7, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta qeydə alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.