Türkiyə ordusu 35 minlik qüvvə ilə böyük hücuma hazırlaşır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə Silahlı Qüvvələri müxalif suriyalı yaraqlıların da dəstəyi ilə Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı yeni və ən güclü hücum əməliyyatına hazırlaşır.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, 35 minlik qüvvə ilə keçiriləcək yeni əməliyyat kürd yaraqlılarının əsasən təmas xətti boyu mövqelərinə qarşı yönələcək və türk qoşunları bölgədəki ABŞ və Rusiya qüvvələri ilə birbaşa toqquşmadan yayınmaq üçün bütün mümkün olanı edəcək. Bu baxımdan Türkiyə Silahlı Qüvvələrinin maksimal dəqiqlikli zərbələrə üstünlük verəcəyi bildirilir.
Xatırladaq ki, iki gün əvvəl Türkiyə Böyük Millət Məclisi hökumətə İraqda və Suriyada hərbi əməliyyatlar həyata keçirməyə icazə verən, 2 il qüvvədə olacaq qətnaməni təsdiqləyib. Neçə vaxtdır Suriyanın şimalında vəziyyət gərginləşməkdədir və Türkiyə hərbçilərinə qarşı artan hücumlara cavab olaraq Ankara yeni hərbi əməliyyatlara başlayacağına eyham vurub. Bu hücumlara görə birbaşa Rusiya və ABŞ-ın məsuliyyət daşıdığını bildirib.
Türkiyə ordusunun bölgədə yeni irimiqyaslı hərbi əməliyyatlara başlamağa hazırlaşdığını oktyabrın 27-nə keçən gecə 5 kilometrlik hərbi texnika kalonunun Türkiyədən Suriyanın şimalına keçməsi də təsdiq edir. Kalonda ən azı 100 vahid zirehli texnika, o cümlədən tanklar, artilleriya qurğuları, radioelektron mübarizə kompleksləri olduğu bildirilir. Hərbi texnika kalonu sərhədi keçəndən sonra İdlib bölgəsinin cənubuna, Cebel Əz-Zaviyə rayonuna istiqamət alıb.
"Bloomberg" agentliyi isə hökumət dairələrindəki mənbələrə istinadən oktyabrın 27-də Türkiyənin Suriyanın şimalına "yüzlərlə" hərbçi göndərdiyini də xəbər verib. "Türkiyə Amerikanın dəstəklədiyi kürd qüvvələrinə qarşı çoxdan dayandırılmış hücumun bərpasına hazırlıq çərçivəsində ötən gecə ərzində Suriyaya yüzlərlə hərbçi yerləşdirib",-məlumatda deyilir.
Bundan əvvəl də Türkiyənin Suriyanın şimalına əlavə ordu qüvvələri cəmləşdirdiyinə dair xəbərlər və videokadrlar yayılmışdı.
Türkiyə qüvvələrinin Suriyanın şimalını tərk etməsini istəyən Rusiya da boş dayanmır və bu ölkəyə özünün ən yeni qırıcılarını göndərib. "Voennıy obozrevatel" Telegram-kanalı bildirir ki, Rusiya Hava Kosmik Qüvvələrinin Su-35S çoxməqsədli qırıcıları ilk dəfə Suriyada görünüb. Ölkənin şimalındakı Qamışlı şəhərindəki aerodromda azı 4 belə qırıcı qeydə alınıb. Bu qırıcıların Suriyaya göndərilməsi Türkiyənin mümkün hərbi əməliyyatları ilə bağlıdır.
Su-35S hava döyüşü üçün ən yaxşı təyyarələrdən hesab edilir və eyni vaxtda 30 hədəfi 400 kilometrə yaxın məsafədən izləyə bilir. Modernizə edilmiş və yüksək manevr qabiliyyətinə malik qırıcılar "hava-hava" və "hava-yer" raketləri ilə təchiz olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Çağla Boz barəsində qərar verildi
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
XƏBƏR LENTİ
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)





