Türkiyə

Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb

15 Avqust 2026 19:34
Baxış: 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyədə müxtəlif ağır cinayətlər törətməkdə təqsirləndirilən və axtarışda olan şəxs Bakıda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd olunub ki, İstanbul polisi və Azərbaycan polisi arasında əməkdaşlıq çərçivəsində keçirilən əməliyyat nəticəsində saxlanılan şəxs Türkiyəyə gətirilib.

Belə ki, həmin şəxs qəsdən adam öldürmə, narkotik vasitələrlə bağlı cinayətlər, eləcə də qanunsuz odlu silah və sursat əldə etmə və ya daşıma ittihamları üzrə axtarışda olub.

Türkiyə tərəfi əməliyyatda əməkdaşlığa görə Azərbaycan Daxili İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara təşəkkür edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.