Maqnitlər soyuducunu xarab edir və işıq pulunu artırır? - Mütəxəssislər mifləri dağıtdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çox insan səyahətlərdən gətirdiyi və ya hədiyyə aldığı suvenir maqnitlərlə soyuducunun qapısını bəzəyir. Lakin illərdir bu adi aksessuarlarla bağlı müxtəlif iddialar səsləndirilir. Bəziləri maqnitlərin soyuducunun elektronikasına zərər verdiyini, digərləri isə elektrik sərfiyyatını artırdığını düşünür. Məişət texnikası istehsalçıları və mütəxəssislər bu mövzuda yayılan miflərə aydınlıq gətiriblər.
Milli.Az lent.az-a istinadən bildirir ki, müasir soyuducular mürəkkəb elektronika, sensorlar və rəqəmsal displeylərlə təchiz olunsa da, adi dekorativ maqnitlərin yaratdığı maqnit sahəsi son dərəcə zəifdir. Buna görə də onlar kompressora, elektron lövhələrə və ya sensorlara heç bir zərər vurmur. Bununla belə, çoxlu sayda iri keramika və ya metal maqnitlərin qapıya yığılması müəyyən problemlər yarada bilər. Qapının üzərinə həddindən artıq yük düşdüyü üçün zamanla menteşələr boşala, qapı əyilə və rezin izolyasiya korpusa tam oturmayaraq soyutma sisteminin səmərəliliyini azalda bilər.
Maqnitlər elektrik sərfiyyatını artırır?
Mütəxəssislər bildirirlər ki, maqnitlərin elektrik sayğacına və ya soyuducunun enerji sərfiyyatına təsir göstərməsi barədə iddiaların heç bir elmi əsası yoxdur. Suvenir maqnitlərin yaratdığı maqnit sahəsi cihazın enerji istehlakına təsir edəcək qədər güclü deyil.
Soyuducunun daha çox elektrik işlətməsinə nə səbəb olur?
Elektrik sərfiyyatına təsir edən əsas amillər cihazın texniki vəziyyəti və istifadə qaydalarıdır. Bunlara qapının rezin izolyasiyasının köhnəlməsi və ya zədələnməsi, qapının uzun müddət açıq saxlanılması, soyuducuya isti yeməklərin qoyulması, cihazın soba və ya radiatorun yanında yerləşdirilməsi, həmçinin arxa hissədəki kondensatorların tozlanması daxildir.
Elektrik sərfiyyatını necə azaltmaq olar?
Mütəxəssislər soyuducunun həm daha qənaətli işləməsi, həm də uzunömürlü olması üçün bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edirlər. Soyuducu kameranın temperaturunu 4-5 dərəcə, dondurucu bölməni isə təxminən mənfi 18 dərəcədə saxlamaq, yeməkləri soyuduqdan sonra soyuducuya yerləşdirmək, qapının rezinini vaxtaşırı yoxlamaq və arxa hissədəki tozu mütəmadi təmizləmək enerji sərfiyyatını azaltmağa kömək edir. Dekorativ maqnitlər nə soyuducunu xarab edir, nə də elektrik xərclərini artırır. Əsas məsələ qapını həddindən artıq ağır əşyalarla yükləməmək və cihaza düzgün qulluq etməkdir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Qabriel Martinelli "Qalatasaray"a keçmək istəmir: 45 milyonu rədd etdi
-
Azərbaycanlı müğənni küçədə döyüldü - (Foto/Video)
-
Maqnitlər soyuducunu xarab edir və işıq pulunu artırır? - Mütəxəssislər mifləri dağıtdı
-
“Dinamo”da qalmaqal: “Qarabağ”la oyundan imtina etdi...
-
Məşhur türk serialı final edir?
-
"Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi
XƏBƏR LENTİ
-
ABŞ-da universitet kampusunda atışma - 5 yaralı var
-
Qabriel Martinelli "Qalatasaray"a keçmək istəmir: 45 milyonu rədd etdi
-
Azərbaycanlı müğənni küçədə döyüldü - (Foto/Video)
-
Kerolayn Livitti əvəz etməyə namizədi yoxdur
-
"Beşiktaş" müdafiəçisini göndərdi - (Foto)
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
-
Bazar günü çimərliklərə getmək istəyənlərin nəzərinə
-
Ucarda qəza - 6 nəfər xəsarət alıb - (Foto)
-
Maqnitlər soyuducunu xarab edir və işıq pulunu artırır? - Mütəxəssislər mifləri dağıtdı
-
Türkiyədə pişiyin dişlədiyi uşaq süni tənəffüs aparatına qoşulub
-
Qazaxıstanda qadın tualetdə uşaq doğub onu öldürdü
-
"Dünya gözəli" qəfil öldü - (Foto)
-
“Dinamo”da qalmaqal: “Qarabağ”la oyundan imtina etdi...
-
Məşhur türk serialı final edir?
-
"Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi
-
İradə İbrahimova: “Məni tək qoyub getdin” - (Foto)
-
Ukraynada 16 yaşlı qız hamilə qaldı, anası cərimələndi
-
Afaq Bəşirqızı: "Onun üçün çox darıxıram, amma bildirmirəm..."
-
Tramp: İranı məhv etmək istəmirik
-
Əməkdar artistin dəbdəbəli mənzilindən görüntülər: Köməkçiləri var - (Video)
-
İlham Zəkiyev finala çıxdı
-
32 yaşlı Zuhal: “Sevgilim olduğuna görə məni hamının qarşısında şallaqladılar”
-
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq
-
Saturn Yerə Ay qədər yaxın olsaydı belə görünərdi - (Video)





