Türkiyədə bir qəssab atasının xatirəsinə məscidin qarşısında 3000 nəfərə donuz əti paylayıb.
Milli.Az xəbər verir ki, Aydın şəhərində əvvəllər çöl donuzu əti ticarəti ilə məşğul olan və ittiham olunan qəssab 2015-ci ildə atasının xatirəsinə xeyriyyə məqsədli tədbir təşkil etdiyi ortaya çıxıb. Hadisə qəssabın həbsdə olarkən verdiyi açıqlamalar əsasında məlum olub.
Məlumatlara görə, CC Efeler Bəy Məscidinin qarşısında təxminən 500 kiloqram donuz ətindən hazırlanmış yemək paylayıb. Paylamanın 3000-dən çox insana çatdığı və atasının xatirəsinə təşkil olunduğu bildirilir.
Qəssab daha sonra bir din xadiminə müraciət edərək soruşub: "Müəllim, Aydın xalqı mənim hazırladığım donuz əti güveçini çox sevirdi. Onu yeyənlər daha çox istəyirdilər. Mən yaxşı, yoxsa səhv bir şey etdim?"
Hadisə sosial mediada və yerli xəbərlərdə geniş müzakirələrə səbəb olub.
Fidan
Milli.Az





