Türkiyə

Türkiyədə 15 yaşdan kiçiklərə sosial media qadağan olunacaq

6 Yanvar 2026 17:35
Baxış: 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş 15 yaşdan kiçik uşaqlar üçün sosial media ilə bağlı tənzimləmələri əhatə edən qanun layihəsinin ayın sonunda Parlamentə təqdim ediləcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, nazir bildirib ki, məqsəd sosial media platformalarını qanuni mexanizmlərlə məsuliyyətə cəlb etmək, 15 yaşdan kiçiklər üçün hesab açılmasının və xidmət göstərilməsinin qarşısını almaq, eləcə də zərərli məzmunun filtrasiya sistemləri ilə bloklanmasını təmin etməkdir. Göktaş vurğulayıb ki, "sosial media platformalarının uşaqları kommersiya obyektinə çevirməsinə yol verilə bilməz".

Açıqlamaya görə, layihə üzərində 1,5 ildir mütəxəssislər, akademiklər, platforma nümayəndələri, vətəndaş cəmiyyəti, ailələr və uşaqlarla birgə iş aparılıb. Avstraliyada 16 yaşdan kiçiklər üçün tətbiq olunan qadağa da nümunə kimi göstərilib.

Nazir virtual medianın uşaqlarda depressiya, narahatlıq və davranış pozuntularına səbəb ola bildiyini, bəzi platformalar üzərindən uşaqların cinayətə cəlb edildiyini qeyd edərək tənzimləməni "uşaqların qorunması qalxanının bir hissəsi" adlandırıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.