Türkiyə

Ərdoğan barəsində dediklərinə görə istintaqa cəlb olundu

13 Avqust 2025 23:50
Baxış: 349
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində araşdırmalara başlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, partiya sədrinin Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz ifadələr işlətməsi ilə bağlı Ankara prokurorluğunda araşdırmalara başlanılıb.

"CHP sədrinin hörmətsiz ifadələri 86 milyon vətəndaşımızın iradəsinə açıq hücumdur. Siyasət ədəb və əxlaq çərçivəsində aparılır. CHP sədrinin istifadə etdiyi nalayiq dil artıq sadəcə üslub məsələsi deyil, siyasi nəzakəti aşıb. Millətimiz bir daha əvvəllər olduğu kimi, böhtan siyasəti ilə məşğul olanlara yol verməyəcək", - nazir yazıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.