Türkiyə

Türkiyədə partlayış - 7 yaralı var - FOTO

25 İyul 2025 09:04
Baxış: 844
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə partlayış olub.

Milli.Az xəbər verir ki, Diyarbakırda neft buruğunda baş verən partlayışda 2-si ağır olmaqla 7 işçi yaralanıb.

Diyarbakır-Batman yolundakı TPAO-ya məxsus Üçtepe-1 neft quyusunda gecə saatlarında baş verən partlayışdan sonra yanğın başlayıb, 7 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürən cəlb edilib. Yaralılar xəstəxanaya aparılıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Partlayışa qaz sızması səbəb olub. Sahədəki işçilərin çevik müdaxiləsi nəticəsində neft vanası bağlanıb və yanğının böyüməsinin qarşısı alınıb.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.