Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Silahlı Qüvvələrin komandanları üçün əlavə səlahiyyət verilib.
Milli.Az xəbər verir ki, yeni qanun layihəsinə əsasən, Quru, Hava və Dəniz Qüvvələri komandanlarının təqaüd yaşı 67-dən 72-yə qədər artırıla bilər.
"Sözcü" qəzetinin məlumatına görə, AKP millət vəkilləri tərəfindən Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunan qanun layihəsində prezidentin bu səlahiyyəti bir il müddətinə uzatma hüququ ilə təmin olunur. Bu, əvvəllər yalnız Baş Qərargah rəisi üçün mümkün idi.
Rütbəyə yüksəlmə şərtlərinə də dəyişiklik
Qanun layihəsində general-leytenant və ya vitse-admiral rütbələrinə yüksəlmək üçün tələb olunan qərargah zabiti olmaq şərti də ləğv edilir. Yeni təklifə əsasən, namizədlər hərbi akademiyaları uğurla başa vurmaqla yanaşı, sahə üzrə (məsələn, döyüş generalı, göyərtə admiralı və ya pilot general) təcrübəyə malik olmalıdır.
Fidan
Milil.Az