Xəbər verdiyimiz kimi, Kayserinin Develi bölgəsində yaşayan Dilek Şahin anası Güldane Şahin və nişanlısı Cuma Doğanın birlikdə qaçdığını iddia edərək Esra Erolun proqramında gündəmə gəlmişdi.
Milli.Az xəbər verir ki, canlı yayım zamanı ortaya çıxan bu qalmaqallı münasibət cəmiyyətdə geniş rezonans doğurmuşdu. Məlum olub ki, 21 yaşlı kürəkən və 46 yaşlı qaynana arasında münasibət olub və Güldanenin hamilə olduğu bildirilib.
Qalmaqallı hadisədən sonra hər iki şəxs canlı yayımda saxlanılaraq həbs edilib.
Dilek Şahin ifadəsində keçmiş nişanlısı Cuma Doğanın ona dəfələrlə fiziki zorakılıq tətbiq etdiyini, lakin anası Güldanenin ona qarşı şiddət göstərmədiyini deyib.
Məhkəmənin qərarına əsasən:
Güldane Şahin "birdən çox adamı hədələmə" cinayətinə görə 2 il 6 ay, "ağır sadə hücum" səbəbilə isə 13 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Cuma Doğan isə "birdən çox adamı hədələmə" ittihamı ilə 2 il 6 ay və əlavə olaraq 9 ay həbs cəzasına məhkum olunub.
Oğurluq ittihamı üzrə hər iki şəxsə sübutların kifayət etməməsi səbəbilə bəraət verilib. Məhkəmə həmçinin onların həbs-qətimkan tədbirinin davam etməsinə qərar verib.
Fidan
Milli.Az