Türkiyə

Ərdoğan məhkəməni qazandı - 70 min təzminat alacaq

28 May 2025 12:37
Baxış: 1 132
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Recep Tayip Ərdoğan Temel Karamollaoğluna qarşı mənəvi təzminat iddiasını qazanıb.

Milli.Az xəbər verir ki, Ankara 27-ci Asliye Məhkəməsi Səadət Partiyasının keçmiş sədri Temel Karamollaoğlunun Prezident Rəcəb Tayyib Ərdoğana qarşı ifadələrinə görə 70 min lirə məbləğində mənəvi təzminat ödəməsinə qərar verib.

Prezident Ərdoğanın vəkili Hüseyn Aydın məsələ ilə bağlı sosial media hesabında açıqlama yayıb.

Açıqlamada bildirilib ki, 22 fevral 2024-cü il tarixində televiziya kanalında Temel Karamollaoğlunun mərhum Necmettin Erbakanı həbs etdirməyə çalışdığı və Ankara polisinin mühasirəyə alınması ilə Prezident Ərdoğanı gözdən salmağa cəhd etdiyi iddiaları ilə bağlı qaldırılan mənəvi təzminat iddiası nəticəsində məhkəmə Ərdoğanın xeyrinə qərar çıxarıb.

Qərara əsasən, Karamollaoğlu 70 min lirə mənəvi təzminat ödəməli olacaq.

Fidan
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.