Türkiyənin Sivas vilayətinin Zara rayonuna bağlı Kardere kəndinin Yanık Mezrası ərazisində yerləşən açıq kömür mədənində hələlik məlum olmayan səbəbdən partlayış baş verib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra təcili tibbi yardım, UMKE (Fövqəladə Tibbi Yardım), yanğınsöndürmə, AFAD (Fövqəladə Hallar İdarəsi) və jandarma qrupları dərhal əraziyə göndərilib.
Partlayış nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 2 nəfər isə yaralanıb və xəstəxanaya yerləşdirilib.
Valiliyin verdiyi rəsmi məlumata əsasən, partlayışdan sonra mədən sahəsində yanğın baş verib.
Açıqlamada qeyd olunur:
"İlkin məlumata görə, rəsmi fəaliyyət göstərməyən kömür mədəninin açıq sahəsində səbəbi hələlik müəyyən olunmamış partlayış baş verib. Nəticədə xarici ölkə vətəndaşı həyatını itirib, iki xarici vətəndaş isə yaralanıb. Yaralılar Sivas şəhərində yerləşən xəstəxanalara təxliyə olunub. Partlayışdan sonra başlayan yanğın nəzarət altına alınıb və tamamilə söndürülüb. Əraziyə çatan qruplar təhlükəsizlik tədbirlərini həyata keçirib və soyuqlaşdırma işləri başa çatdırılıb. Hadisə ilə bağlı təhlükəsizlik qüvvələri araşdırmaya başlayıb. Həyatını itirən şəxsə Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyirik."
Lalə Qüdrətova
Milli.Az