Türkiyə

Ərdoğan Azərbaycanla bağlı 3 sazişi təsdiqlədi

17 May 2025 14:54
Baxış: 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan üç mühüm sazişi təsdiqləyib.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Türkiyənin rəsmi dövlət nəşri olan "Rəsmi qəzet"də yayımlanıb.

Sənədlər turizm, su ehtiyatlarının idarə olunması və baytarlıq sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini əhatə edir. Qeyd olunur ki, bu sazişlər 2024-cü ildə müxtəlif tarixlərdə - 15 noyabrda Bakı, 8 mayda Ankara və 19 fevralda yenidən Ankara şəhərlərində imzalanıb.

Təsdiqlənmiş razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinə xidmət edəcək. Bu addım həm də Azərbaycanla Türkiyə arasında uzunmüddətli və sabit əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinin göstəricisi kimi qiymətləndirilir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.