Türkiyədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi qida məhsullarını təqlid edən və saxtalaşdıran şirkətlərin yenilənmiş siyahısını açıqlayıb.
Milli.Az xəbər verir ki, aprelin 16-da dərc olunan məlumatlara görə, vətəndaşların süfrəsinə at və eşşək əti daxil olub. Xüsusilə lahmacun, qovurma və mal əti kimi məhsullarda "ekvivalent heyvan əti" aşkar edilib.
Yenilənmiş siyahıda Sakaryanın Pamukova rayonunda bir kafedə lahmacunda, Antalyanın Muratpaşa rayonunda bir restoranın mal əti məhsulunda və "Yapıcı" markalı qovurmada at və eşşək əti tapılıb. Eyni zamanda pendir və kaşar məhsullarında bitki yağı, kolbasada mexaniki şəkildə ayrılmış quş əti, qiymədə toyuq qarışığı kimi saxtakarlıqlar da qeyd edilib.
Bu nəticələr qida təhlükəsizliyi sahəsində ciddi yoxlamaların davam etdiyini və saxta qida məhsullarının yayılmasına qarşı mübarizənin sürətləndirildiyini göstərir.
Fidan
Milli.Az