Türkiyə

Türkiyədə təxribat paylaşımı edən 37 nəfər saxlanıldı

20 Mart 2025 13:48
Baxış: 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu da daxil olmaqla 106 şübhəli barəsində saxlanılma qərarı verilməsindən sonra sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edən şəxslər müəyyən edilib".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz sosial şəbəkə hesablarında paylaşıb. 

Nazir bildirib ki, ümumilikdə sosial şəbəkələrdə təxribat yönümlü paylaşım edən 261 şübhəli şəxs müəyyən edilib və onlardan 37-si saxlanılıb. 

Onun sözlərinə görə, digər şübhəli şəxslərin saxlanılması istiqamətində işlər davam etdirilir. 

Xatırladaq ki, martın 19-da İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə aparılan əməliyyat çərçivəsində İstanbulun meri Əkrəm İmamoğlu saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.