Türkiyə

Tanınmış jurnalist evdə ölü tapıldı

16 Fevral 2025 22:31
Baxış: 1 017
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə "Antakya Qəzeti"nin sahibi Sinan Seyfittinoğlu Antalyada dostu ilə birlikdə qaldığı evdə ölü tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Seyfittinoğlu dünən gecə ev yoldaşı Önder K. və digər dostları ilə birlikdə spirtli içki içdikdən bir müddət sonra yatmaq üçün otağına gedib.

Səhər saatlarında dostunu oyatmaq üçün otağına daxil olan Önder K. bütün cəhdlərinə baxmayaraq, Seyfittinoğlunu oyada bilmədikdə təcili yardım çağırıb.

Tibbi heyət Sinan Seyfittinoğlunun həyatını itirdiyini müəyyən edib. Ölümün şübhəli qəbul edilməsi səbəbi ilə ünvana polis araşdırma qrupu da gəlib.

Sinan Seyfittinoğlunun bədənində heç bir silah, kəsici və ya dəlici alət yarası, döyülmə izi tapılmayıb.

Seyfittinoğlunun bipolyar xəstəliyi olduğu, daimi dərman qəbul etdiyi və bildirilib.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.