Türkiyə

Türkiyə hökumətində dəyişikliklər gözlənilir

10 Fevral 2025 07:40
Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fevralın 23-də keçirilməsi planlaşdırılan qurultayı ərəfəsində hökumətdə dəyişikliklə bağlı qərar verə bilər.
 
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, vitse-prezident Cevdet Yılmaz, xəzinə və maliyyə naziri Mehmet Şimşək, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və səhiyyə naziri Kamal Memişoğlu vəzifələrində qalacaqlar.

Bildirilir ki, digər nazirlər arasında 3-4 nəfər dəyişdirilə bilər.
 
Keçmiş xəzinə və maliyyə naziri Berat Albayrakın yenidən hökumətdə vəzifə sahibi olacağı iddia olunur.

"Mədəniyyət və turizm, kənd və meşə təsərrüfatı, maliyyə və xəzinədarlıq nazirliklərinin ayrılması məsələsi də müzakirə olunur. Bildirilir ki, bu nazirliklər müxtəlif sahələrə cavabdeh olduqları üçün həddindən artıq yüklənir. Hesab olunur ki, bu sahələrin bəzilərini ayrıca nazirlik kimi ayırmaq olar", - mənbə qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.