Türkiyə

Türkiyədə yanan hotelin sahibi onları günahlandırdı

27 Yanvar 2025 00:29
Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bolu şəhərindəki Kartalkaya dağ-xizək kurortunda yerləşən "Grand Kartal" hotelinin sahibi Halit Ergül 78 nəfərin ölümü ilə nəticələnən yanğında hotel işçilərini təqsirləndirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ergül prokurorluqda və məhkəmədə dindirilərkən məsuliyyəti mətbəxdəki elektrik cihazlarının vəziyyətinə cavabdeh olan aşpaz və mətbəx işçiləri, mühafizəçilər və yanğın siqnalizasiya düymələrini idarə edən elektrik ustasının üzərinə qoyub.

Qeyd olunur ki, hoteldə yanğın restoran zonasında başlayıb, yanğın nərdivanı isə tüstünü yuxarı mərtəbələrə qaldıran baca funksiyasını yerinə yetirib. Ölənlərin əksəriyyətinin dəm qazından zəhərlənərək öldüyü müəyyən edilib. Hadisə zamanı binada yanğın siqnalizasiyası və tüstüdən təmizləmə sistemi işləməyib.

İstintaq çərçivəsində 15 nəfər saxlanılıb. Bolu bələdiyyə sədrinin müavini, yanğınsöndürmə xidmətinə məsul şəxs, rəis müavini və yanğınsöndürmə xidmətinin əməkdaşları məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, yanvarın 21-nə keçən gecə Boluda istirahət mərkəzində güclü yanğın baş verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.