Türkiyə

4 yaşlı oğlunu öldürüb zibilliyə ATDI

24 Yanvar 2025 19:15
Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ana 4 yaşlı oğlunu öldürüb zibilliyə atdıYozgatın Boğazlıyan rayonunda M.S. adlı qadın Polis Şöbəsinə gedərək 6 ay əvvəl 4 yaşlı oğlu E.Ç-ni öldürərək zibilliyə atdığını etiraf edib.

Milli.Az xəbər verir ki, ana etirafından sonra həbs olunub. Polis uşağın meyitini tapmaq üçün axtarış əməliyyatına başlayıb, lakin axtarışlar heç bir nəticə verməyib. Yozgat Respublika Prokurorluğu məsələ ilə bağlı istintaqı dərinləşdirib.

Araşdırma zamanı M.S-nin ikinci evliliyi davam edərkən övladını münasibətdə olduğu başqa şəxsdən dünyaya gətirdiyi müəyyən edilib.

Uşağın atası ifadə üçün axtarılır.

Faktla bağlı istintaq davam edir. /Sonxeber.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.