Türkiyədə "İstiklal" marşı oxunarkən ayağa qalxmayan iki nəfər saxlanılıb.
Milli.Az xəbər verir ki, Iğdırda baş tutan "Amed Sportive Activities" - "Pendikspor" matçı öncəsi TUSAŞ-da şəhid olan vətəndaşlar üçün təşkil edilən sükut anında tribunalarda ayağa qalxmayan 2 nəfər saxlanılıb.
Həmin şəxslər himn oxunarkən də ayağa qalxmayıb.
Polis rəsmiləri milli dəyərlərə hörmətin vacibliyini vurğulayaraq, bu cür davranışın yolverilməz olduğunu vurğulayıblar. Saxlanılan şəxslər barəsində məhkəmə prosesi davam etdirilir.
Nərmin Mahmudova
Milli.Az