Türkiyə

Türkiyə terror təşkilatına qarşı əməliyyat: 55 nəfər saxlanıldı

26 Oktyabr 2024 17:11
Baxış: 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə tərəfindən PKK/KCK - PYD/YPG terror təşkilatına qarşı keçirilən "Gürz-22" əməliyyatları çərçivəsində 55 terror təşkilatı üzvünün saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

Məlumatda bildirilir ki, əməliyyatlar Respublika Baş Prokurorluğu və Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsinin koordinasiyası altında vilayət jandarma komandanlıqları tərəfindən Adana, Aydın, Iğdır, Siirt, Hatay, Kars, İzmir, Erzurum, Eskişehir, Kocaeli, Muğla, Manisa, Hakkari, Trabzon, Elazığ, Muş və Şırnakda həyata keçirilib.

"17 vilayətdə PKK/KCK-PYD/YPG terror təşkilatına qarşı jandarma tərəfindən həyata keçirilən "Gürz-22" əməliyyatlarında 55 şübhəli terrorçu yaxalanıb. Millətimizin əmin-amanlığı, birlik və həmrəyliyi naminə sonuncu terrorçu zərərsizləşdirilənədək dualarınız və dəstəyinizlə fasiləsiz mübarizəmizi davam etdirəcəyik", - nazir qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.