Türkiyə

Türkiyənin böyük ƏMƏLİYYAT: 222 nəfər tutuldu

17 Avqust 2024 17:51
Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin 36 vilayətini əhatə edən növbəti antiterror əməliyyatı hayata keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, "Gürz-8" kod adı altında keçirilən əməliyyat çərçivəsində PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 222 şəxs saxlanılıb.

"Antiterror əməliyyatı Türkiyənin kəşfiyyat xidməti tərəfindən planlaşdırılıb və əlaqələndirilib.

Saxlanılan şəxslərə qarşı sosial şəbəkələrdə cinayətkar strukturların təbliğatı ilə məşğul olmaq, PKK terrorçularının maliyyələşdirilməsi və dəstəklənməsi, əliqanlı terror təşkilatının xaricdəki şəbəkələrində iştirak etməklə bağlı ittihamlar irəli sürülüb", - o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.