Türkiyədə mərkəzi Kahramanmaraşda olan zəlzələlərdə qızı, nəvəsi və kürəkəni də daxil olmaqla 100-ə yaxın qohumunu itirən Arif Anaç düz 1 il əvvəl dayandırdığı qol saatını hələ işə salmayıb.
Milli.Az sfera.az-a istinadən xəbər verir ki, o, bu haqda "TRT Haber"ə danışıb.
Adıyaman şəhərində baş verən zəlzələlər zamanı Memar Sinan məhəlləsində 9 mərtəbəli binanın uçması nəticəsində qızı, nəvəsi və kürəkənini itirən Arif Anaç zəlzələ zamanı İstanbulda olduğunu və xəbəri alan kimi geri qayıtdığını bildirib:
"6 fevral mənim üçün qiyamətin məşqi oldu. Allah bunu bir daha düşmənimə belə göstərməsin".
Zəlzələnin ilk dəqiqələrində saat 04:17-də saatını dayandırdığını bildirən Anaç, "25 ildir saatımı istifadə edirəm. Fevralın 6-da saatı 04:17-yə qoyanda zaman mənim üçün dayandı. Çünki artıq əvvəlki kimi həyatım yoxdur", - deyə əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun