Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə böyük töhfələr verir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü öz işinə başlayıb. Məlumdur ki, Azərbaycan ECO-ya üzv ölkələrlə həm təşkilat daxilində, həm də ikitərəfli formatda əlaqələrinin genişləndirilməsini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Bu məqsədlə ölkəmiz mütəmadi olaraq təşkilat daxilində bir çox sahələrdə səmərəli təklif və təşəbbüslərlə çıxış edir".
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, Azərbaycan artıq üçüncü dəfədir ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. "Əvvəlki iki zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Şübhəsiz, Azərbaycanın ECO-nun Zirvə Toplantılarına ev sahibliyi etməsi də ölkəmizin təşkilatda fəallığının bir göstəricisidir. Öz çıxışında cənab Prezident İlham Əliyev vurğuladı ki, bugünkü Zirvə görüşünün məhz Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə keçirilmiş ECO-nun Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və Laçında bu ilin may ayında keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü işğaldan azad olunmuş şəhərlərimizin beynəlxalq nüfuzunun yüksəlməsini təmin edən mötəbər tədbirlərdir."
K.Qafarovİqtisadi Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində Azərbaycanın çalışma və səylərinin, eləcə də bu sahədə əldə olunan uğurların ECO-ya üzv ölkələrin diqqətindən kənarda qalmadığını da qeyd edərək deyib: "İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan yalnız öz inkişafını deyil, həm də qonşu və tərəfdaş xalqların rifahını düşünən, əməkdaşlıq yaradan bir ölkədir. Sammit çərçivəsində müzakirə edilən dayanıqlı inkişaf, regional əməkdaşlıq və iqlim məsələləri kimi mövzular da Azərbaycanın müəyyən olunmuş prioritetlərinə son dərəcə uyğundur. Demək olar ki, bu istiqamətlərdə Azərbaycan müasir beynəlxalq gündəliyə ən çox töhfələr verən ölkələrdən biridir.Bu baxımdan keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında keçirilmiş COP29 konfransına ölkəmizin sədrliyi xüsusi qeyd olunmalıdır. Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Hazırda ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin edilməsi istiqamətində işlər davam edir. Əlbəttə ki, bütün bunlar həm İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə, həm beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Diqqətəlayiq haldır ki, ECO-ya üzv ölkələr tərəfindən Azərbaycanın bu kimi təşəbbüsləri yüksək qiymətləndirilir və dəstəklənir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"





