Türkiyə

Çin Türkiyədə avtomobil istehsal edəcək

30 Yanvar 2024 11:35
Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin Türkiyədə avtomobil istehsalına hazırlaşır.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Avtomobil Təchizat İstehsalçıları Dərnəyinin (TAYSAD) İdarə Heyətinin sədri Albert Saydam bildirib.

"Hazırda birdən çox Çin şirkəti ilə danışıqlar aparırıq. Skywell şirkəti ilə fabrik investisiyası üçün danışıqlar gedir, Chery və MG də namizədlər arasındadır", - deyə o əlavə edib.

A.Saydam onu da qeyd edib ki, TAYSAD 2030-cu ilə qədər dünyanın ən yaxşı on avtomobil istehsalçısı arasında olmağı hədəfləyir.

"Hazırda 34 ölkədə 200-dən çox sərmayəmiz var. Toyota plug-in hibrid mühərrikli avtomobilində Türk təchizat sənayesindən istifadə olunur. Toyota Avropa üçün istehsal etdiyi avtomobilin mühərrikini Türkiyədə istehsal edirsə, bu bizim avtomobil təchizatı sənayemizin gücünü göstərir", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.