Türkiyə

Ərdoğan: "Ankara F-16-ların Türkiyəyə tədarükünü gözləyir"

26 Yanvar 2024 17:06
Baxış: 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ankara F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı mərhələnin başlanmasını gözləyir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəndən sonra ABŞ Prezidenti Cozep Bayden F-16-ların tədarükü ilə Konqresə lazımi göstəriş verib: "Oradan gələn cavab qırıcıların Türkiyəyə tədarükünü təmin edəcək. Xarici işlər naziri hazırda prosesi izləyir".

R.T.Ərdoğan söyləyib ki, Türkiyənin bu qərarı NATO üçün böyük töhfə oldu: "Yolumuza davam edəcəyik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.