Türkiyənin Sivas şəhərinin Gürün rayonunda 4,4 maqnitudalı zəlzələ olub.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) verilənlərindən məlum olub.
Qurumun verilənlərinə görə, təbiət hadisəsi yerli vaxtla 01:27 (Bakı vaxtı ilə 02:27-də) qeydə alınıb. Bildirilib ki, yeraltı təkanların ocağı 5,33 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.
Xatırladaq ki, yanvarın 19-da Azərbaycanda 5 maqnitudalı zəlzələ qeydə alınmışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun