Atatürkün də olduğu Xankəndidən görüntülər - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Şərqi Anadolu bölgəsindəki Elazığ vilayətində Xankəndi adlı bir kənd yerləşir.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, qədim tarixə malik Xankəndi vaxtilə Elazığ vilayətinin böyük kəndlərindən biri olub. Lakin son illər kəndin əhalisi çox seyrəlib.
1800-cü illərdə adı Xanköy və ya Xangah olan kənd 1928-ci ildən Xankəndi adlandırılır.
Xankəndi Elazığ-Malatya magistral yolunun üzərində, Elazığ şəhər mərkəzindən 18 km məsafədə yerləşir.
2010-cu il rəsmi siyahıyaalınmasına əsasən, kənddə əhali sayı 3500 nəfər olub. 2021-ci ildə kənd əhalisinin sayı 886 nəfərədək azalıb.
Elazığ Jurnalistlər Birliyinin sədri, əslən Xankəndidən olan Mustafa Doğan kənd əhalisinin sürətlə azalmasından təəssüfləndiyini vurğulayıb. Onun sözlərinə görə, sakinlərin sayı o qədər azalıb ki, indi Xankəndi az qala məhəlləyə çevrilib.
Türkiyəli jurnalistlər Elazığ-Malatya magistral yolu kimi əlverişli məkanda yerləşən Xankəndi əhalisinin sayının sürətlə azalmasının səbəbləri barədə araşdırma aparmasalar da, burada "gizli erməni əli"nin ola biləcəyini də düşünürlər. Onların fikrincə, Türkiyədəki ermənilər bu ölkədə Xankəndi adlı yaşayış məntəqəsinin ləğvi üçün çalışmaqda maraqlı ola bilərlər. Məlum məsələdir ki, Xankəndi adı həmişə erməniləri qıcıqlandırıb. Onlar Azərbaycanın əsas şəhərlərindən biri olan Xankəndinin də adını tarixdən silməyə çalışıblar. Bunu Türkiyədə də edə bilərlər.
Əhalisi milliyyətcə türklər olan Xankəndi sakinləri tarixin bir çox sınaqlarından üzüağ çıxıblar. Vaxtilə Türkiyə Ordusuna qarşı xain üsyanlarının yatırılmasında Xankəndi əhalisi də yaxından iştirak edib. Təsadüfi deyil ki, bu xidməti nəzərə alan Türkiyənin qurucusu Mustafa Kamal Atatürk həmin dönəmdə Xankəndini ziyarət edib.
Qeyd edək ki, 24 yanvar 2020-ci il tarixində Türkiyənin bir sıra bölgələrində baş vermiş dağıdıcı zəlzələ Elazığ vilayətinin Xankəndi yaşayış məntəqəsindən də yan keçməyib. Nəticədə kənd dağıntıya məruz qalıb, ölən və yaralananlar olub.
Türkiyə hökuməti zəlzələnin nəticələrini aradan qaldırarkən Xankəndidəki evlərin bərpasını da diqqətdən kənarda qoymayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İstanbulda güclü yağış daşqına səbəb oldu - (Video)
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Danlanın yenidən vəziyyəti pisləşdi - (Foto)
-
Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
-
Türkiyədə Azərbaycanın "arzuolunmaz" elan etdiyi şəxs saxlanıldı
-
Türkiyədə holdinq sahibi həbs olundu
XƏBƏR LENTİ
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)





